Xüsusi tərcümə (2)
1. Biliklərin hər hansı sahəsinə öz terminoloji nomenklaturasına aid olan materialların tərcüməsi. 2. Biliklərin müəyyən sahəsini öz terminoloji nomenklaturasına xidmət edən informasiya-kommuniativ (linqvistik) tərcümədir: ünsiyyət sferasında ictimai-siyasi, elmi, texniki, hərbi, administrativ-təsərrüfat, hüquqi, diplomatik, kommersiya, işgüzar, maliyyə, publisistik və digər xüsusi mövzu və predmet sahəsidir ki, o həm də gündəlik nitq-dil ünsiyyətini də özündə birləşdirir. Xüsusi tərcümənin nəzəri bazası linqvistik tərcümə nəzəriyyəsidir.